Polşa klubuna keçmədi, "Keşlə" ilə müqavilə imzaladı

Azərbaycan milli komandasının üzvü Slavik Alxasov gələn mövsüm oynayacağı komandanı müəyyənləşdirib.

Newsport.az saytının məlumatına görə, Polşa yüksək liqasının klubu “Pyast”dan təklif alan Alxasov buna yox deyib. Belə ki, ötən mövsüm “Keşlə”nin əsas oyunçusu olan və kubokun qazanılmasında böyük əmək sərf edən Alxasov hazırkı klubu ilə avroliqada oynamağı üstün tutub. Oyunçu komandası ilə yeni müqaviləni razılaşdırıb və o, gələn mövsümdə də “Keşlə”nin heyətində olacaq.

Qeyd edək ki, Slavik Alxasov "Keşlə"yə "Sumqayıt"dan transfer olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right