Premyer Liqanın 3-cü və 4-cü dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" bu gün 2 dəfə məşq edib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında səhər məşqində daha çox topla olan çalışmalara üstünlük verib. Komanda axşam baş tutan məşqdə isə fiziki hazırlıq üzərində çalışıb.
"Sumqayıt" hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu sabah "Kapital Bank Arena"da AZAL-a qarşı keçirəcək.