"Keşlə" Avropa Liqası üçün stadion sifariş etdi

2017/18 mövsümündə ölkə kubokunu qazanan “Keşlə” ölkəmizi Avropa Liqasında təmsil edəcək. Qitənin nüfuzuna görə ikinci klub turnirində çıxış edəcək qəsəbə klubu mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

Newsport.az-ın məlumatına görə, turnirdə “Keşlə” UEFA-ya ev oyunlarını keçirmək üçün “Dalğa Arena”nı sifariş edib. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.

Səbuhi bəy "Keşlə"nin ev oyununu keçirdiyi "İnter Arena"da təmir işlərinin başlamadığını da bildirib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right