"Qəbələ" türk klubu ilə sülhə razılaşdı

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası ötən gün ikinci oyununu keçirib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ilk yoxlama matçında "Antalyaspor"lu yaşıdları ilə qarşılaşan "qırmızı-qaralar" (0:2) bu dəfə "Kunduspor"un U-17 komandası ilə üz-üzə gəlib. 

Matç 2:2 hesabı ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Rüstəm Nuriyev və Eldost Qiyasbəyli fərqlənib. Komandanın toplanış çərçivəsində üçüncü - son oyunu yanvarın 18-i baş tutacaq. Rəqibin adına bu gün aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right