Newsport.az-ın məlumatına görə, 26 yaşlı futbolçumuz daha 1 il "Gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Bəxtiyar 2017/2018 mövsümündə "Sumqayıt" FK-nın heyətində Premyer Liqada 27 qarşılaşmada meydana çıxıb (2430 dəqiqə) və 2 qol vurub. 2011-ci ildən "Sumqayıt" FK-da çıxış edən adıçəkilən müdafiəçi klubun heyətində ümumilikdə 144 dəfə meydana çıxıb.