"Çox çətin qarşılaşma oldu. Son dəqiqələrdə gücümüz tükənmişdi. "Qəbələ"nin müdafiəsi çox güclü olduğundan onları keçmək çətin idi. Lakin biz qarşımıza məqsəd qoymuşduq və çox şadıq ki, həmin məqsədə nail olduq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin futbolçusu Slavik Alasov deyib.
O, Azərbaycan kubokunun finalında "Qəbələ"yə qalib gəldikləri matç haqda danışıb: "Qalib gələcəyimizə inanırdıq. Çünki baş məşqçimiz bizi yaxşı motivasiya etmişdi. Var gücümüzlə çalşırdıq. Hələ "Sumqayıt"ı məğlub edəndə anladıq ki, qələbə bizim alın yazımızdır. Əgər biz finala qədər gəlib çıxa bilmişiksə, deməli, bu, bizim buna layiq olduğumuzu sübut edir".
Millimizin üzvü gələcək karyerası haqda danışıb: "İlk olaraq "Keşlə""dəki taleyimi müəyyənləşdirəcəm. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək".