Əmrah Çəlikəl: “Ciddi olmayan təkliflər həm klub olaraq bizim, həm də futbolçunun vaxtını alır”
“Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muaremin Türkiyənin “Eskişehirspor” klubuna gözlənilən keçidi baş tutmaya bilər.
O qeyd edib ki, klublar arasında aparılan danışıqlarda Türkiyə tərəfi Muarem Muarem üçün onun həqiqi bazar qiymətindən qat-qat az pul təklif ediblər.
Ə.Çəlikəl deyib ki, bu səbəbdən futbolçunun transferi məsələsində problem yaranıb.
“Ciddi olmayan təkliflər həm klub olaraq bizim, həm də futbolçunun vaxtını alır. Biz bura – Türkiyəyə hazırlığa gəlmişik. Danışıqların bu formada aparılması futbolçuya psixoloji təsir göstərir”.
Bununla belə, hazırda tərəflər arasında danışıqlar davam edir və son anda klubların razılığa gələcəyi istisna olunmur.(qol.az)