Azərbaycan kubokunda finalın hakimləri açıqlandı

“Keşlə” və “Qəbələ” klubları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununun hakim təyinatları müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, həlledici matçı Rauf Cabbarov idarə edəcək. Ona yan xətdə Nahid Əliyev və Knyaz Əmiraslanov kömək edəcək. Dördüncü hakim isə FİFA referisi Əliyar Ağayev olacaq.

Qeyd edək ki, mayın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

28 may (bazar ertəsi)

Azərbaycan Kubokunun finalı

“Keşlə” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA Nümayəndəsi : Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu, 20:00

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right