Muarem "Eskişehirspor"la müqavilə imzalayır

Türkiyə superliqa təmsilçisi "Eskişehirspor" "Qarabağ"ın futbolçusu Muarem Muaremlə razılığa gəlib.

Newsport.az-ın xəbərinə görə, bu barədə Türkiyə mətbuatı yazıb. Bildirilib ki, makedoniyalı oyunçu ən geci sabaha kimi komandanın Antalyada məskunlaşdığı otelə gedərək rəsmi müqaviləyə imza atacaq.

"Eskişehirspor"un baş məşqçisi Mixael Skippe dünən "Qəbələ"yə qarşı yoxlama matçından (3:1) sonra jurnalistlərə açıqlamasında Muaremi heyətlərində görmək istədiyini etiraf edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right