"Bu gün yaxşı oyun keçirdik. Üzərimizdə çalışırıq. Hədəfimiz Premyer Liqanın III dövrəsinin ilk turuna qədər hazır olmaqdır".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Eskişehirspor"la yoxlama matçından sonra deyib.
Ukraynalı mütəxəssis Premyer Liqamızdakı rəqiblərin oyunlarını izləmədiklərini bildirib: "Çatışmamazlıqlar üzərində işləyəcəyik. Düzünü desəm, Premyer Liqadakı rəqiblərimizin oyununu hələ ki, izləmirik. Çünki komandada görüləcək işlər çoxdur. Yığmanın məşqçilərinin bizim oyunumuzu izləməsi normaldır. Onlarla söhbətim olub.
Yığmaya hər cür kömək etməyə hazır olduğu dedim. Transferlərə gəldikdə daha çox ukraynalı futbolçularla maraqlanırıq. Çünki bu, mənim daha yaxşı tanıdığım çempionatdır. Vaxt azlığını nəzərə alaraq risk etmək istəmirik və tanış futbolçuları komandaya cəlb etməyi planlaşdırırıq".
Qeyd edək ki, ilk yoxlama oyununda PSV-nin ikinci komandası ilə 0:0 bərabərə qalan "Qəbələ" ikinci görüşündə Türkiyənin "Eskişehirspor" klubuna uduzub.