Dadaşov finala hazırdır

Almaniyanın "Dinamo" klubunun azərbaycanlı futbolçusu Rüfət Dadaşov zədəsini sağaldıb.

 

Newsport.az xəbər verir ki, forvard Berlin kubokunun final görüşünə hazırdır. Bu barədə komandanın baş məşqçisi Rene Ridleviç məlumat verib. Onun sözlərinə görə, zədəsini yenicə sağaldan millimizin sabiq forvardı "Berliner"lə həlledici qarşılaşmada oynamaq üçün çalışır.

 

Qeyd edək ki, 26 qolla Regional Liqanın bombardiri olan millimizin sabiq üzvü aprelin 8-də 27-ci turun “Halberstadt”la (4:2) oyununda zədələnmişdi.

 

26 yaşlı hücumçu yeni mövsümdə III Bundesliqa klubu “Proyssen”in formasını geyinəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right