"Qarabağ"ın yarımmüdafiəçisi türk klubunda

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem komandadan ayrılır.

Newsport.az-ın məlumatına görə, "Əskişəhərspor" makedoniyalı futbolçunun özü ilə anlaşıb. Türkiyə mətbuatının iddiasına görə, Superiqa təmsilçisi komandadan ayrılan Ərkan Zənginin boşluğunu Muaremlə dolduracaq.

Futbolçunun özü ilə anlaşan "Əskişəhərspor" "Qarabağ"ın cavabını gözləyir. Ağdam klubu razılıq versə, Muarem fasilədən sonra türk klubunun formasını geyinəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right