Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti yoxlama matçına çıxacaq.
Newsport.az-ın məlumatına görə, cənub təmsilçisi Almaniyanın “Kemnitser” klubu ilə qarşılaşacaq.
“Kemnitser” III liqasında mübarizə aparır.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk yoxlama oyunuda Türkiyənin “Tekirdağspor” klubu ilə qüvvəsini sınayıb və həmin oyunda 2:2 hesablə bərabərlik qeydə alınıb.
14 yanvar
Yoxlama oyunu
16:30.“Xəzər Lənkəran” (Azərbaycan) - “Kemnitser” (Almaniya) 0-2