Gürcüstanın U-20 yığmasının heyətində Bakıya tanış sima gəlib.
Newsport.az xəbər verir ki, bu, rəqibin məşqçilər korpusunda yer alana Georgi Lomayadı
39 yaşlı Lomaya yığmada qapıçılarla işləyən məşqçi vəzifəsində çalışır. O, Rəşad Sadıqovun baş məşqçisi olduğu Azərbaycanın U-20 yığması ilə "Dalğa Arena"da keçirilən görüşün iştirakçısıdı.
Qeyd edək ki, Lomaya 7 il oynadığı "İnter"in (hazırkı "Keşlə"nin) heyətində 2 dəfə Azərbaycan çempionu olub. Georgi futbolçu karyerasını 2016-cı ildə Tiflis "Dinamo"sunda bitirib.