Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Simurq"un ilk yoxlama görüşü baş tutmayıb.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qardaş ölkədə hazırda əlverişsiz hava şəraitinin davam etməsilə əlaqədar, Zaqatala təmsilçisinin Qazaxıstanın "Şaxtyor" klubuna qarşı matçı oynanılmayacaq. Güclü yağış oyunun keçiriləcəyi meydançanı yararsız vəziyyətə gətirib.
Qeyd edək ki, "Simurq"un növbəti yoxlama görüşü yanvarın 15-nə nəzərdə tutulub. Komandanın rəqibi Almaniyanın "Dyusburq" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq və "Arkadia İdman Mərkəzi"nin meydançasında keçiriləcək.