"Qarabağ"ın sabiq futbolçusu bundesliqa klubunda FOTOSESIYA

"Qarabağ”la yollarını ayıran isveçrəli futbolçu İnnosent Emeqara karyerasını Almaniyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə,  25 yaşlı hücumçu karyerasını Almaniya bundesliqasında yarışan "Hamburq”da baxışdadır.

İ.Emeqara artıq Dubayda hazırlıqda olan komandanın heyətində məşqlərə başlayıb. Əgər onun oyunu məşqçilər heyətini qane etsə, futbolçu ilə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Nigeriya əsilli futbolçu bu mövsümün əvvəlində"Qarabağ"a transfer olunmuşdu. Ötən ilin dekabrında isə müqaviləsi başa çatan Emeqara “Qarabağ”dan ayrılıb.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right