2000-ci il təvəllüdlü futbolçular arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 3-cü turda Slovakiya komandası ilə qarşılaşıb.
Oyun qolsuz bərabərliklə yekunlaşıb. Bu nəticədən sonra hesabındakı xalları 4-ə çatdıran yığmamız qrupda 2-ci yeri tutub.
Turnirin əsasnaməsinə uyğun olaraq, qrup qalibləri finalda, 2-ci pillənin tutan komandalar isə 3-cü yer uğrunda oyunda mübarizə aparmalıdı.
Yığmamız sabah keçiriləcək 3-cü yer uğrunda oyunda digər qrupun 2-cisi olan Amerika Birləşmiş Ştatları komandası ilə qarşılaşacaq. Finalda isə Slovakiya və Çexiya üz-üzə gələcək.
1. Slovakiya - 7, 2. Azərbaycan - 4, 3. Uels - 3, 4. Macarıstan - 3.