"Qarabağ" İbrahim Şehiçə yeni müqavilə təklif edib.
Newsport.az-ın məlumatına görə, 2013-cü ildən Ağdam klubunun şərəfini qoruyan qapıçı daha 2 il ölkəmizdə legioner həyatı yaşaya bilər.
Ölkə çempionu bundan ötrü bosniya və herseqovinalı kiperin maaşını artırmağa razılıq verib. Bir neçə başqa təklifi də olan Şehiç qərarını yaxın günlərdə bildirəcək.