Millimiz Belarusa qarşı

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə ikinci mərhələnin oyunları davam edir.

1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.

Beşinci yer uğrunda mübarizə aparan Nikolay Adamın komandası Belarus millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, H qrupunda yer alan millimiz Sankt-Peterburq yığmasına 2:4, Cənubi Koreyaya isə 0:3 hesabı ilə uduzub.

 

11 yanvar

5-ci yer uğrunda oyun

15:30. Azərbaycan - Belarus 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right