Məlum olduğu kimi, hazırda "İnter" Türkiyədə təlim-məşq toplanışı keçirir.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, bu gün komandanın düşərgəsinə gələn "İnter" klubunun prezidenti Georgi Nikolov məşqdən əvvəl komanda üzvləri ilə görüşdü və futbolçulara çalışmalarda uğurlar arzuladı.
Bundan başqa, cənab Nikolov "İnter"in məşqini izləyən Azərbaycan milli komandasının məşqçiləri Mahmud Qurbanov və Faiq Əzizovla da görüşdü.