Hollandiya millisinin sabiq üzvü "İnter"də

"Feyenoord" klubunun yarımmüdafiəçisi Ruben Şaken karyerasını Azərbaycanda davam etdirə bilər. 

Newsport.az-ın məlumatına görə, bu haqda Hollandiya mətbuatı məlumat yayıb. İddiaya görə, "bankirlər"lə 32 yaşlı futbolçu arasında artıq razılıq əldə olunub. Hətta tərəflər arasında 1,5 illik müqavilə imzalandığı deyilir.

Qeyd edək ki, 6 dəfə ölkəsinin yığmasına da cəlb olunmuş Şaken vaxtilə "Kambur", "Vendam" və "Venlo" kimi klubların şərəfini qoruyub. O, "Feyenoord"da beş mövsüm ərzində keçirdiyi 136 oyunda 18 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right