Bakı "İnter"i Balotelli ilə maraqlanır

Polşa mətbuatı "İnter"lə bağlı gülünc xəbər yayıb. 

Newsport.az-ın məlumatına görə, "eurosport.onet.pl" saytı Bakı klubunun İtaliya millisinin üzvü Mario Balotelli ilə maraqlandığını yazıb.

"Liverpul"da özünü xoşbəxt hiss etməyən Balotellinin karyerasında dəyişiklik etmək istədiyi bildirilir. İtaliyaya qayıtmaq istəməyən qaradərili forvardın Azərbaycan təklif aldığı və yaxın günlərdə buna cavab verəcəyi qeyd olunub.

Təbii ki, olduqca sərsəm iddiadı. Çünki nə "İnter"in Balotelliyə verə biləcək pulu var, nə də Mario Azərbaycana gələcək qədər axmaqdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right