Azərbaycan Premyer Liqasının XXV turunda “Qəbələ”nin qonağı olacaq “Kəpəz” bu gündən qarşıdakı oyunun hazırlığına başlayıb.
Newsport.az -ın məlumatına görə, “Səbail”ə qarşı son çempionat matçından sonra bərpaedici prosedurdan (sauna, baseyn, masaj) keçən komanda üzvləri bir gün istirahət edib.
“Sarı-göylər”in bu günkü məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olub. Sabah Gəncəyə gələcək “Kəpəz” əsas hazırlığı doğma şəhərdə keçirəcək.