"Özümü çox yaxşı hiss edirəm və inanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam".
Newsport.az -ın məlumatına görə, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli deyib.
Aqolli 2010-cu ildən "Qarabağ"ın şərəfini qoruyur. Ölkəsinin mətbuatına danışan albaniyalı futbolçu Ağdam klubundakı gələcəyindən də söz açıb: "Artıq 8 ilə yaxındı ki, "Qarabağ"dayam. Burada özümü evimdəki kimi hiss edirəm və hər şey yolunda gedir".
Aqolli 35 yaşı olmasına baxmayaraq, hələ də özündə oynamağa güc hiss etdiyini söyləyib: "Tək futbolda yox, digər bütün sahələrdə də əsas məsələ işinizə olan həvəs, ehtirasdır. Dayanmaq istəmirəm, çünki hələ ki, bu həvəs məndə var və fiziki sağlamlığım da oynamağa imkan verir".