Hafiz Məmmədov "Atletiko"nun prezidenti ilə görüşüb

“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun Azərbaycanın dünyada tanıdılması işinə verdiyi töfhə tədricən öz bəhrəsini verməkdədi.

Hazırda İspaniyada olan “Bakı” klubunun prezidenti bir sıra görüşlər keçirib.

Hafiz Məmmədov ilk öncə “Atletiko”nun prezidenti Enriko Serezo ilə görüşüb. Görüş zamanı Enriko Serezo futboldakı işbirliyinə toxunaraq deyib:

“Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. “Land of Fire Azerbaijan” ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq”.

Həmçinin “Bakı” klubunun prezidenti Hafiz Məmmədov komandasının sabiq baş məşqçisi Milinko Pantiçlə də görüşüb. Görüş zamanı Pantiç bildirb ki, “Bakı”da işləmək onun üçün böyük şərəf idi və hər zaman kluba öz köməyini göstərməyə hazırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right