AZAL heyətini ukraynalı ilə gücləndirdi

AZAL heyətinə daha bir futbolçu qatıb.

Futbolçu yayda klubun düşərgəsində olmuş Valeri Kutsenkodur. Ukraynalı yarımmüdafiəçi bü gün düşərgəyə qoşulub.

Qeyd edək ki, 28 yaşlı legioner ölkəsinin U-17 və U-19 millilərində çıxış edib və üst-üstə 6 oyun keçirib. Peşəkar karyerasına “Dnepr”də başlayan Kutsenko vətənində “Obolon”, “Krivbass” və “Vorskla”nın da şərəfini qoruyub. Xavbek 2 dəfə Belarasda legioner həyatı da yaşayıb: əvvəlcə “Brest”, sonar isə “Minsk”in şərəfini qoruyub. Onun son klubu isə Latviya “Dauqava”sı olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right