Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, 2-ci oyun günündə 3 qarşılaşma keçirilib. Əvvəlcə “Səbail” “Kəpəz”i qəbul edib və oyun 1:1 hesabı ilə yekunlaşıb.
Digər matçda lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub və 1:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Ağdam klubu yarışın başa çatmasına 4 tur qalmış tarixində 6-cı, dalbadal 5-ci dəfə Azərbaycan çempionu olub.
Avrokuboklar uğrunda mübarizə aparan komandalar - "Neftçi" və "Qəbələ"nin matçında meydan sahbləri qalib gəliblər - 1:0.
Azərbaycan Premyer Liqası
XXIV tur
22 aprel (bazar)
17:00. "Səbail” – "Kəpəz” 1-1
Qol: Dario Federiko 18, Faruk Miya, 24
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. "Bayıl Arena”
19:00. "Sumqayıt” – "Qarabağ”
Qol: Dani Kintana 35,
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt. "Kapital Bank Arena”
19:00. "Neftçi” – "Qəbələ” 1-0
Qol: Ruslan Abışov 4,
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "Bakcell Arena”