“Komandamız bu oyuna tam bərpa oluna bilməmişdi. Çünki ilk qrup mərhələsində ardıcıl 2 oyun keçirmişdik. Amma bizimlə müqayisədə Azərbaycan millisinin işi daha çətin idi".
Newsport.az-ın məlumatına görə, bu sözləri U-19 millimizlə oyundan sonra Koreya Respublikasının U-19 yığmasının baş məşqçisi An İk-Su deyib.
"Çətinliklərə baxmayaraq, futbolçularımdan xarakter nümayiş etdirmələrini istədim. Onlar da bunun öhdəsindən gəldilər. Azərbaycan yığması yaxşı rəqibdir. Bir gün onları ölkəmizdə görmək istərdim”.(affa.az)