Prosineçki-" onun yığmaya çox köməyi dəyəcək"

"Bu gün bəlkə də ən çox sevinənlərdən biri mənəm. Çünki güclü bir  futbolçu Azərbaycan millisində çıxış edəcək. Ümid edirəm ki, onun yığmaya çox köməyi dəyəcək". 

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib. 

Eddi İsrafilovun Azərbaycan yığmasında oynamağa razılıq verməsindən məmnun qalan xorvatiyalı mütəxəssis futbolçu ilə yaxşı anlaşacaqlarına ümid etdiyini bildirib: "İspaniya Primerosunda oynayan futbolçu millimizdə çıxış edəcək. Onun həm indiki, həm də əvvəlki klubundakı oyunlarını izləmişəm. Eddi ilə də, ailəsi ilə də şəxsən söhbətim olub. Onun bizim millimizdə oynaması və ispan dilində danışmağım işimizi asanlaşdıracaq. Yəqin ki, aramızda problem olmayacaq və bir-birini yaxşı başa düşəcəyik”.(affa.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right