"İnter" qələbə ilə başladı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “İnter” klubu bu gün ilk yoxlama matçına çıxacaq.

Newsport.az-ın məlumatına görə, Kaxaber Sxadadzenin komandası Türkiyənin aşağı liqa təmsilçisi "İnegölspor"la qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Türkiyə II liqasının qırmızı qrupunda mübarizə aparan "İnegölspor" 17 turdan sonra 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

8 yanvar

Yoxlama oyunu

19:00. "İnegölspor" (Türkiyə) - "İnter" (Azərbaycan) 1-4





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right