Ramil Şeydayev Gəncədə ilki reallaşdırdı

Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ" səfərdə "Kəpəz"in qonağıdır.
 
Newsport.az-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, ilk hissəsi keçirilən görüşdə Ağdam klubu 1:0 hesabıyla öndədir. Qonaqların qoluna isə Ramil Şeydayev imza atıb. Bu, 22 yaşlı forvardı "köhlən atlar"da vurduğu ilk qoldur. Millimizin forvardı daha öncə əvəzedici heyətlərdə fərqlənsə də, əsas heyətdə ilk dəfə rəqib qapsına yol tapıb.
 
Qeyd edək ki, "Qarabağ" millimizin üzvünü mövsümün əvvəlində "Trabzonspor"dan 1 illik icarəyə götürüb.
 
Mərdan HƏSƏNOV/Gəncə




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right