"Qarabağ" Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Kəpəz"in qonağı olacaq.
Newsport.az Gəncəyə ezam edilmiş əməkdaşı xəbər verir ki, Ağdam klubunun zədəli futbolçusu Yakub Jezniçak matçın iştirak ərizəsinə daxil edilib. Polşalı futbolçu oyuna ehtiyatdan başlayacaq. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov ehtiyac duysa, Jezniçakı oyuna daxil edə bilər.
Qeyd edək ki, sözügedən görüş saat 16:00-da başlayacaq.
Mərdan HƏSƏNOV/Gəncə