Newsport.az-ın məlumatına görə, lakin maddi durumla əlaqədar olaraq, adını “Şüvəlan” qoyub I Divizionda oynamağa başladıqdan sonra ölkənin sayılıb-seçilən futbol adamlarından olan Əhmədov avtomotik olaraq klubdan uzaqlaşdı.
Yuxarı dairələrin dəstəyi ilə “Neftçi”yə gətirilən Əhmədova qarşı münasibət qış toplanışı zamanı dəyişdi. Şəxsi həyatı futbolla qarışdıran Əhmədova inam azaldı. Qış fasiləsində keçirdiyi oyunlarda çox bərbad oyun sərgiləməsinə baxmayaraq, komanda sonradan toparlana bildi. “Neftçi” hazırda həm kubok həm də medallar uğrunda mübarizəsini davam etdirir. Əhmədovun qarşısına Premyer Liqada yeni məqsəd qoyulub – bürünc medal. Belə ki, flaqman yarışı ən azından 3-cü pillədə başa vurmalıdır. Tərlan Əhmədov və komandasının qarşısına qoyulan əsas hədəf isə Azərbaycan Kubokunun baş mükafatıdır. Müqaviləsi yayda bitəcək Əhmədovun klubdakı gələcək taleyi də məhz kubokdan asılıdır. Əgər Əhmədovun “Neftçi”si Azərbaycan Kubokunu qazansa, onunla qeyd-şərtsiz sözləşmə imzalanacaq.
Futbol11.az