Rəşad Sadiqov və Aleksey Qay "Qəbələ"də ilk seçimini etdi

"Qəbələ"nin qış fasiləsində heyətinə qatdığı futbolçuların - Rəşad Sadiqov və Aleksey Qayın neçə nömrəli futbolka ilə çıxış edəcəkləri müəyyənləşib.

R.Sadiqov 6, A.Qay isə 19 nömrəli formanı geyinəcək.
Rəşad Sadiqov 6 nömrəni seçməsinin səbəbini açıqlayıb: "Uşaqlıqdan 6 nömrəli futbolka ilə çıxış etmişəm. Mənə düşərli olduğunu düşünürəm. Bundan öncə şərəfini qoruduğum komandalarda da bu nömrəni daşımışam".

Aleksey Qay da 19 rəqəminin onun üçün uğurlu olduğunu bildirib: "19 rəqəmi mənim üçün uğurlu rəqəmdir. Futbolçu karyeramın ən uğurlu illərini yaşadığım klubda - "Şaxtyor"da bu nömrə ilə çıxış etmişəm. Məhz bu nömrə ilə böyük futbola başlamışam. Bundan əlavə qızım 19 noyabr 2004-cü ildə dünyaya göz açıb. Yəni 19-un həyatımda önəmi böyükdür".  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right