Newsport.az-ın məlumatına görə, mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan son məşq prosesi uzun sürməyib. Futbolçular məşqçilər korpusunun təlimatlarına uyğun olaraq, təxminən 1 saat ərzində ağır yükləmələr olmadan çalışıblar.
Qeyd edək ki, “Qarabağ”la görüşdə Samir Zərgərov cəza, Dedimar Ferreyra isə zədə səbəbindən iştirak edə bilməyəcək.