"Qarabağ" "Kəpəz"i məğlub etdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

Newsport.az-ın Gəncəyə ezam edilmiş əməkdaşı xəbər verir ki, turun ilk günündə yalnız bir qarşılaşma keçirilib.

Günün yeganə matçı Gəncədə baş tutub. Çempionatın lideri “Qarabağ” səfərdə “Kəpəz”lə görüşüb.

Son 14 matçda uduzmayan Qurban Qurbanovun yetirmələri bu dəfə də uğurlu seriyasını davam etdirib. “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub edib. Belə ki, matçın 23-cü dəqiqəsində Ramil Şeydayevin zərbəsi dəqiq alınıb. Bu, onun Topaz Premyer Liqasında ilk qolu olub.

Qeyd edək ki, sabah “Sumqayıt” “Keşlə”, “Zirə” “Neftçi”, “Qəbələ” “Səbail”lə qarşılaşacaq.

Azərbaycan Premyer Liqası

14 aprel (şənbə)

16:00. “Kəpəz” – “Qarabağ” - 0:1 
Qol: 
Ramil Şeydayev, 23
Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Gəncə şəhər stadionu

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right