Bu gün milli komandamızın və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.
Neewsport.az xəbər verir ki, 46 yaşı tamam olan mütəxəssis 1972-ci il aprelin 13-də Zaqatalada anadan olub. Futbolun sirlərinə Zaqatalanın “Daşqın” komandasında yiyələnən Qurbanov Karyerası ərzində futbolçu kimi bir çox komandanın şərəfini qoruyub. Məşqçilik fəaliyyətinə 2006-cı ildə “Neftçi” klubunda balayan çalışdıcı, hazırda Ağdamın "Qarabağ" klubunda işini davam etdirir.
Newsport.az saytının kollektivi doğum günü münasibətilə Qurban Qurbanovu təbrik edir, ona şəxsi həyatında və məşqçilik karyerasında yeni-yeni uğurlar arzulayır.