Amil Yunanov: "Avroliqaya vəsiqəni təmin etsək, daha da çox çalışmalı olacağıq." Müsahibə

Azərbaycan milli komandasının və “Sumqayıt” klubunun hücumçusu Amil Yunanov Newsport.az saytına müsahibə veib.

Sizə müsahibəni təqdim edirik: 

-Dünən baş tutmuş “Keşlə” “Sumqayıt” görüşü haqda danışardın.

-Biz dərk edirdik ki, “Keşlə”ni keçsək finala adlayacağıq. Düzdür, ilk oyundur və heç nə bitməyib. Ancaq bu matçı nəzərə alaraq deyə bilərəm ki, “Keşlə” ilə ilk qarşılaşmada çox pis təsir bağışladıq. Lakin toparlanıb, cavab görüşündə  qələbə qazanmağa çalışacağıq.

-Sonuncu dəqiqədə buraxılan bir qolla məğlub oldunuz.  Sanki, “Sumqayıt” meydanda öz oyununu göstərə bilmirdi. Nə çatışmırdı? Yoxsa, üzərinizdə psixoloji gərginlik var idi?

-Xeyr, heç bir gərginlik yox idi. Sadəcə, hər bir kollektivdə belə hallar yaşanır. Heç kim meydanda öz istədiyini edə bilmirdi. Lakin bayaq da qeyd etdiyim kimi, kubok iki oyundan ibarətdir və heç nə bitməyib. Ümid edirəm ki, cavab görüşündə qələbə qazanıb mərhələni adlayan tərəf biz olacağıq.

-Qış fasiləsindən sonra “Sumqayıt” daha baxımlı oyun sərgiləyir. Bu gedişlə ümid var ki, Avroliqaya vəsiqəni təmin edəcəksiniz. Bu hal yaşansa, oradakı şanslarınızı nə dərəcədə qiymətləndirirsən?

-Çempionat başlayandan komanda və məşqçilər heyəti olaraq bu yerlərə gəlib çıxmaq üçün çox əziyyət çəkdik və bunu da bacardıq. Hal-hazırda isə əsas olan bu durumu qoruyub saxlamaqdır. Avroliqaya vəsiqəni təmin etsək, daha da çox çalışmalı olacağıq. Çünki, orada güclu komandalar mübarizə aparır.

Qarşıda həm Azərbaycan çempionatında, həmdəki ölkə kubokunda rəqibiniz “Keşlə”dir. Bu görüşlərdən hansını daha üstün qiymətləndirirsən?

-Məncə, onlar çempionat oyununa yox, kubok üçün daha ciddi hazırlaşacaqlar. Çünki, “Keşlə”nin çümpionatda şansları qalmayıb. Bizim də vəziyyətimiz yetəri qədər yaxşı deyil. Onun üçün də çalşacağıq ki, risk etməyək və işimizi şansa buraxmayaq.

-Bir az da özün haqda danışaq. Son zamanlar baxımlı oyun sərgiləyirsən və mütəmadi olaraq qollar vurursan. Öz oyunun səni nə dərəcədə razı salır?

-Düzünü desəm, bir neçə görüşdür öz oyunumdan razı deyiləm. Çempionatdakı çıxışımı da nəzərə alsaq, “Keşlə” ilə matçda da çox pis təsir bağışladım. Lakin qarşıdakı oyunlara köklənməyə çalışıram və tək istəyim odur ki, komandama kömək edim.

-Milli komandaya dəvət aldın və ilk oyunuvu keçirdin. Qurban Qurbanovun sənə qarşıdakı görüşlərdə də şans verəcəyini düşünürsənmi?

-Milliyə dəvət aldım və bu, çox xoş bir haldır. Lakin bununla kifayətlənmirəm. Çempionat oyunlarında və kubok görüşlərində də özümü yaxşı tərəfdən göstərməliyəm. Daha çox çalışmalıyam ki, yenidən milliyə çağırılım.

-Mövsüm sona doğru yaxınlaşır. Azərbaycan və hər hansısa xarici bir klubdan sənə təklif gəlib? Gəlsə, dəyərləndirməyi düşünürsənmi ?

-Düznü desəm, heç bir klubdan təklif almamışam. Hal-hazırda fikirlərim “Sumqayıt”la bağlıdır. Çox istəyərdim ki, bu komanda ilə yaxşı nəticələr əldə edim. Başımı o mövzularla qatmaq istəmirəm. Mövsüm bitdikdən sonra hər hansı təklifi dəyərləndirməyi düşünmək olar. Sərfəli təklif gəlsə, niyə də olmasın? Lakin hazırda elə bir vəziyyətdir ki, xaricə getmək və Azərbaycanın hər hansısa güclü bir klubunda çıxış etmək barəsində düşünə bilmirəm.

İbrahim Məmmədov

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right