"Biz "Neftçi"yə çoxlu qollar vurmuşuq 8,4,3... " - Cavid Hüseynov

Azərbaycan kubokunun ½  final mərhələsinin ilk oyununda “Qəbələ” dogma meydanda “Neftçi”nI qəbul edib.

Oyundan sonra ev sahiblərinin futbolçusu Cavid Hüseynov Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının sullarını cavablandırıb. O, ilk olaraq oyun haqda danışıb. 

- Oyunun ağır keçəcəyini bilirdik. Çünki kubok oyunudur. Əsas məqsədimiz evdəki görüşdə top buraxmamaq və daha çox qol vurmaq idi. Lakin hər şey tərsinə oldu.  Öz səhvlərimizdən iki top buraxdıq. O da normaldır. Çünki hər insan səhv edir. Matçın sonuna qədər toparlanmağa çalışsaq da, yalnız bir qol vurmağa gücümüz çatdı.

- Qol buraxmamışdan öncə daha yaxşı oyun sərgiləyirdiniz. Qismətin səhvindən sonra, hər şey qırıldı sanki..

- Bu görüşə çox yaxşı hazırlaşmışdıq. Uşaqlarla məşqdə də razılaşmışdıq ki, çempionatdakı uğursuzluğu kubok görüşlərində yaşamayaq. Lakin nə etmək olar ki, fərqli cərayan etdi hər şey. Qismət də səhv etdi, bu oyundur. Səhvlər olmağı normaldı. Bütün komanda onun yanındadır və dəstəkdir.

- Söhbət dolaşır ki, “Qəbələ”də maaş problemi var? Bu, doğrudur ?

- Xeyir, qətiyyən belə bir məsələ yoxdur. Hətta  mən deyərdim ki, belə rəhbərlik heç bir yedə yoxdur. Çünki, bütün olanlara baxmayaraq, bizə həmişə dəstəkdirlər. Həm maddi, həm də mənəvi olaraq. Sadəcə, biz qara zolaqdan çıxa bilmirik. Öz azarkeşlərimizə də dərin minnətdarlığımı bildirirəm. Öz meydanımızda məğlub olsaq da bizə sona qədər dəstək olurlar. Onlaın qarşısında baş əyirəm.

- Bu məğlubiyyətdən sonra cavab matçında vəziyyətin dəyişəcəyinə ümid edirsənmi?

- Əlbəttə, realdır. Ancaq yaxşı şəkildə hazırlaşmaq lazımdır. Çünki, belə olmasa, ora getməyin mənası yoxdur. Həm də son günlərdə futbolda yaşananları görürsünüz. Hər şey mümkündür.

- Özünüzü “Yuventus”la muqayisə edirsən...

- Yox,(Gülür) onlara muqayisə eləmək istəmirəm. Ümimiyyətlə mümkündü. Biz "Neftçi"yə çoxlu qollar vurmuşuq 8,4,3... neçə qolun olmasının aidiyyatı yoxdu. Biz özümüzə inanırıq ki, orda qələbə qazanıb mərhələni keçən biz olacayıq.

- Çempionatda uğursuz çıxıışlarınızın ardından, kubokda da məğlub oldunuz. Bunu nə ilə əlaqələndirmək olar? Motivasiyanız yoxdur?

- Motivasiya var. Çox istəkliyik. Sadəcə, bir qol qapımızda gördük, ardınca ikinci qolu da biraxdıqdan sonra ruh düşkünlüyü yarandı sanki. Bizim qara zolaqdan çıxmağımıza bir oyun lazımdır. Səfərdəki oynda ilk 15 dəqiqə ərzində qol vursaq ardını gətirmək olacaq.

Mərdan Həsənov (Qəbələ)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right