AZAL-ın yeni transferləri məşqə çıxdı

Mövsümün ikinci bölümünə hazırlığını vətəndə davam etdirən AZAL gündə iki dəfə olmaqla məşq edir.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Şüvəlandakı bazada oyunçular adətən, ilk öncə fiziki, sonra isə taktiki-texniki hazırlıq keçir.

Komandanın bugünkü məşqində 5 yeni sima da iştirak edib. Bunlar son klubu “Araz Naxçıvan” olmuş Azər Məmmədov, Ruslan Nəsirli və Aqil Nəbiyev, “Xəzər Lənkəran”dan ayrılan Aleksandr Şemonayev və yenicə AZAL-a transfer olan Nicat Qurbanovdur. Bundan başqa, əvəzedici komandadan Əfqan Poladlı, Fərid Hacıyev və Fariz Nəcəfov da əsas komanda ilə birgə məşq keçib. Dizində yüngül zədəsi olan Viktor İqbekoyi isə fiziki hazırlıq üzrə məşqçi ilə fərdi proqram əsasında çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right