Azərbaycan kubokunun ½ final mərhələsinin ilk oyununda “Qəbələ” - “Neftçi” matçından sonra (1-2) qonaqlaın yarımmüdafiəçisi Soni Mustivar Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının sullarını cavablandırıb.
Legioner futbolçu ilk olaraq matç haqda danışıb:
-Bu, çox ağır bir oyun oldu. Çünki, “Qəbələ” həqiqətən güclü komandadır. Lakin biz öhdəsindən gəldik. Ancaq bununla kifayətlənmək olmaz. Öz üzərimizdə daha çox işləməliyik ki, cavab görüşündə də qələbə qazana bilək”.
-Bura gəldiyiniz zaman məqsədiniz nə idi ?
-Əlbəttə, ilk növbədə qarşımıza hədəf olaraq qələbə qazanmağı qoymuşduq. Düşünürəm ki, ilk işin öhdəsindən layiqincə gələ bildik. Bu qələbə münasibətiylə bütün komanda yoldaşlarmı təbrik edirəm.
- 2-0 və yaxud da 2-1 hansı daha əlverişli nəticə olardı komanda üçün?
-Təbii ki, 2-0 daha yaxşı nəticə olardı. Çünki səfərdə qol buraxmayaraq qalib gəlmək böyük üstünlükdür. Ancaq yenə də qalib gəlmişik və 2-1 də pis nəticə deyil.
-“Neftçi”yə yeni qoşulmusan. Komanda haqda düşüncələrin necədir?
-“Neftçi” çox əzəmətli klubdur. Böyük bir tarixi var. Burada olmağıma çox şadam. Əlimizdən gələni edəcəyik ki, nailiyyətlər əldə edək.
-Vurulan qollardan birinin ötürməsini sən etdin. Bu haqda nə deyə bilərsən.
-İlk oyun oldu ki, 90 dəqiqə meydanda qaldım. Bunun üçün məşqçilərimə minnətdarlığımı bildirirəm. Lakin bununla kifayətlənməyəcəm və öz üzərimdə daim çalışacam.
-Azərbaycan çempionatı haqda nə fikirdəsən?
-Çempionat yüksək səviyyəlidir. Hər şeydən razıyam. Düşünürəm ki, bizi ağır oyunlar gözləyir. Lakin yaxşı nəticələr əldə edəcəyimizə inanıram.
Mərdan Həsənov (Qəbələ)