Pərdis Fərcad Azad: "Mükafat var və məbləğ də yaxşıdır" Müsahibə

Azərbaycan kubokunun ½  final mərhələsinin ilk oyununda “Keşlə” “Sumqayıt”I qəbul edib. (1-0)

Newsport.az xəbər verir ki, görüşdən sona ev sahiblərinin hücumçusu Pərdis Fərcad Azad junalistlərin suallarını cavablandırıb.

-Oyunun gedişindən görünürdü ki, matçın taleyini bir qol həll edəcək. Onu da sonda siz vurdunuz.

-Məncə, biz “Sumqayıt”dan daha yaxşı oynadıq. Onların çox güclü kollektivləri var, lakin bu görüşdə biz onlara presinq etməyi bacardıq və sonda istədiyimiz qolu da vurduq.

-Səncə, layiqli qələbə qazandınız?

-Əlbəttə, yaxşı  nəticədir. Doğma meydanda qol buraxmadıq. Lakin dünənki oyunlar göstərdi ki, hər şey ola bilər. Arxayınlaşa bilmərik.

-Hesab etmirsən ki, qol Sezar Meza Kollinin fərdi ustalığı sayəsində vuruldu ?

-Bəli, qolun vurulmasında Sezar çox əziyyət çəkdi və sonda lazım olanı etdi. Mən inanırdım ki, o, topa zərbə vursa, top qapıdan keçəcək.

-Finala şansınızın daha çox olduğunu düşünmək olar ?

-Yox, bayaq dediyim kimi, heç nə bitməyib. Orada bizə bir qol da lazımdır ki, rahat nəfəs alaq.

-Klub rəhbərliyi qələbə münasibətiylə sizi təbrik etdi?

-Hələki yox.

-Mükafat olacaqmı?

-Əlbəttə, mükafat var və məbləğ də yaxşıdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right