"Turnirin ən maraqlı oyununu izlədik”

Sankt-Peterburq yığma komandasının baş məşqçisi Vladimir Kazaçonok Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə U-19 millimizə 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, qarşılaşma haqda bunları deyib:

“Məzmun etibarilə turnirin ən maraqlı oyununu izlədik. Hər iki komanda yaxşı oynadı. Rəqibin oyunu təhlükəli əks-hücumlar üzərində qurulmuşdu. Məhz belə oyunlar azarkeşlərin zövqünü oxşayır və hər dəfə sübuta yetirir ki, matçın şən alınmasının mahiyyəti hücum futbolundadır”.(affa.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right