Bu gün "Neftçi”nin veteran futbolçusu, Azərbaycan futbolunun canlı əfsanəsi Çingiz İsmayılovun 83 yaşı tamam olur.
Newsport.az xəbər verir ki, 1935-ci ildə dünyaya gəlmiş "Pələng” ləqəbli qapıçı 1956-1961-ci illər ərzində "Neftçi”nin heyətində 96 oyun keçirib.
Çingiz İsmayılov futbolçu karyerasını bitirdikdən sonra 1987-1991-ci illərdə “ağ-qaralar”ın rəisi vəzifəsində çalışıb.
"Neftçi” rəhbərliyi "Qəbələ” ilə kubokdakı səfər oyununa yollanmazdan əvvəl Çingiz İsmayılovu klubun bazasına dəvət edib. Onu klub prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, komandanın məşqçi və futbolçu heyəti tam tərkibdə təbrik edib, arzularını çatdırıblar.