Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandaunz" klubunun futbolçusu Xama Billiatın "Qarabağ"a keçidi baş tutmayıb.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi zimbabveli hücumçunu heyətinə qatmaq üçün ilkin müqavilə təklif edib. Lakin anlaşma gerçəkləşməyib. Hazırda Billiat digər variantları nəzərdən keçirir. 28 yaşlı forvardın hazırkı müqaviləsi iyunun 30-da başa çatacaq.
Qeyd edək ki, Xama Billiat daha öncə karyerasını ölkə xaricində davam etdirmək istədiyini açıqlayıb. O, cari mövsümdə zədədən əziyyət çəkməsinə baxmayaraq, 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub.