Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Keşlə" "Sumqayıt"ı qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi oyunun hazırlıqlarını davam etdirir. Qəsəbə klubunun qolkiperi Kamran Ağayev fərdi məşqlərə başlayıb.Yüngül məşqlər edən qapıçının "Sumqayıt"la görüşdə "Keşlə"yə kömək edib-etməyəcəyi bəlli deyil.
Qeyd edək ki, sözügedən matç aprelin 12-si, saat 16:00-da başlayacaq.




















