"Qəbələ"nin futbolçusu bu gün Türkiyədə əməliyyat olanacaq

"Qəbələ"nin əvəzedici komandasının aparıcı futbolçusu Samir Qurbanov əəməliyyat olunacaq. Gənc futbolçunun əməliyyatı bu gün Türkiyənin Ankara şəhərindəki "Acıbadem" xəstəxanasında reallaşacaq.  

Newsport.az saytının məlumatına görə, Qurbanov 19 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində Bakıda Rusiyaya qarşı keçirilən ikinci yoxlama matçı zamanı ayağında ağrılar hiss edib.  MRT müayinəsindən keçən futbolçunun dizində problem olduğu üzə çıxıb.  

Bu gün meniskindən əməliyyat olunacaq futbolçu 2-3 gün Türkiyədə qaldıqdan sonra Bakıya qayıdacaq və bərpa prsesinə başlayacaq. Perspektivli futbolçunun 1 ay sonra məşqlərə başlayacağı gözlənilir.  

Qeyd edək ki, "Qəbələ"nin əvəzedici komandasının əsas heyət üzvlərindən olan Samir Qurbanov qışda Çexiyanın "Slaviya" klubunun məşqlərində iştirak edib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right