U-17 Liqası: Qənbərovlu "Neftçi"dən inanılmaz göstərici

Dünən "Bakcell U-17 Liqası»nda 27-ci turun oyunları keçirilib.

Turun mərkəzi oyunu Qəbələdə baş tutdu.

Lider «Qəbələ» 2-ci pillənin sahibi «Neftçi»ni qəbul etdi. Müşviq Qənbərovun gəlişindən sonra 10 oyunun 8-də qalib gələn, yalnız 2-də heç-heçə edən «Neftçi» bu dəfə də meydanı 3 xalla tərk edən tərəf oldu. 

 

«Qarabağ» - «Zirə» 1:1

Qollar: Bilal Hüseynov, 52 – Zahir Xanhüseynli, 45

 

«Kəpəz» - «Keşlə» 2:0
Qollar:
Ayxan Quluzadə, 73, 80

 

«Neftçi» İK İB – «Səbail» 2:3
Qollar:
Nəzər Bədəlov, 29, 90+3 - Hikmət Verdiyev, 4; Xəlil Bəşirov, 11, 24

 

«Qəbələ» - «Neftçi» 0:1
Qol:
Nicat Musayev, 47 (pen.)

 

«Sumqayıt» - «Ağsu» 3:1

«Mil Muğan» - «Xəzər Lənkəran» 2:3

Sonuncu 2 oyunun protokolunu əldə edə bilmədiyimizdən qol vuran futbolçuların adlarını təqdim edə bilmirik. Yeganə məlum olan «Sumqayıt»ın vurduğu qollardan 2-nin müəllifinin İbrahim Novruzovun olmasıdır.

U-17 Liqasında 28-ci turun oyunları aprelin 16-da keçiriləcək: «Qarabağ» - «Kəpəz», «Zirə» - «Sumqayıt», «Ağsu» - «Qəbələ», «Neftçi» - «Mil Muğan», «Xəzər Lənkəran» - «Neftçi» İK İB, «Səbail» - «Keşlə». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

Bombardirər: Xəyal Bədirov, Xəlil Bəşirov (hər ikisi «Səbail»), İbrahim Novruzov («Sumqayıt») – 23 qol, Nicat Musayev («Neftçi») – 22 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol.

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right