“Qəbələ”də ciddi itki - “Neftçi” ilə oyunu buraxacaq

“Qəbələ” ciddi itki ilə üzləşib.

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Zirə” ilə səfər oyununda zədələnən komandanın əsas qolkiperi Dmitri Bezotosnı bu gün səhər MRT müayinədən keçib.

Klubdan newsport.az-a verilən məlumata görə, belindən zədə alan ukraynalı qapıçı “qırmızı-qaralar”ın ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə ev oyununu buraxmalı olacaq. 

Xatırladaq ki, Bezotosnı “Zirə” - “Qəbələ” oyununun 14-cü dəqiqəsində meydan sahiblərinin hücumçusu Riçard Qadze ilə toqquşaraq zədələnmiş, qarşılaşmanın 25-ci dəqiqəsində Aqil Məmmədovla əvəzlənmişdi.

“Qəbələ” - “Neftçi” oyunu aprelin 12-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right