Azərbaycan kubokunda ilk oyunların vaxtı açıqlandı

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunlarının başlama saatı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, aprelin 12-də "İnter Arena"da keçiriləcək "Keşlə" - "Sumqayıt" görüşü saat 16:00-da start götürəcək.

Yarımfinal mərhələsinin digər oyununda isə "Qəbələ" və "Neftçi" komandaları elə həmin gün, saat 18:00-da Qəbələ şəhər stadionunda üz-üzə gələcəklər.

Qeyd edək ki, hər iki oyun "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku, 1/2 final
İlk oyunlar

12 aprel

"Keşlə" - "Sumqayıt"
Bakı. “İnter Arena”, 16:00

 

 

"Qəbələ" - "Neftçi"

 

 

Qəbələ. Şəhər stadionu, 18:00





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right